“Nəticə haqqında bir söz demək istəmirəm”
09.10.2009 - 18:12
“Nəticə haqqında bir söz demək istəmirəm”
“Nəticə haqqında bir söz demək istəmirəm. Amma meydanın mərkəzində üstün tərəf biz olacağıq”. Apasport.az-ın məlumatına görə, bu fikirləri “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib.

Milli komandamızın üzvü olan 26 yaşlı futbolçunun sözlərinə görə, Ağdam təmsilçisinin heyətində bu yay Avroliqada uğurlu çıxış Lixtenşteynlə sabahkı oyunda qələbəyə zəmin yaradır: “Avrokuboklardakı oyunlar bizdə qələbə ruhu yaradıb. Rəqibə hörmətlə yanaşıb, öz futbolumuzu oynasaq, çox asan, izləyicilər üçün baxımlı bir oyun olacaq”.
0