Elnur Allahverdiyev: Qol vurmaq məsələsinə hücumçular baxırlar
09.10.2009 - 18:18
Elnur Allahverdiyev: Qol vurmaq məsələsinə hücumçular baxırlar
“Lixtenşteynlə oyun ərəfəsində hamımız istəkliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev deyib. Dünya çempionatının sabah keçiriləcək seçmə oyununda Lixtenşteyn yığması ilə qarşılaşacaq millimizin müdafiəçisi çıxış etdiyi Ağdamin “Qarabağ” klubunun rəsmi internet saytına qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb: “İnanıram ki, televiziyada bizə baxan Azərbaycan xalqını matçın sonunda sevindirəcəyik. Mənim funksiyam rəqibin qol vumasına imkan verməməkdir, onu da edəcəyəm. Qol vurmaq məsələsinə isə hücumçular baxırlar...”.
0