Vaqif Cavadov: ...Heç zaman sevməmişəm
09.10.2009 - 18:30
Vaqif Cavadov: ...Heç zaman sevməmişəm
“Proqnoz verməyi, qol vuracağam deməyi heç zaman sevməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov deyib.

20 yaşlı hücumçu çıxış etdiyi “Qarabağ” klubunun rəsmi saytına açıqlamasında bildirib ki, özünün və ya bir başqa komanda yoldaşının qol vuracağının heç bir fərqi yoxdur: “Əsas odur ki, Lixtenşteynlə matç sonu Azərbaycan sözünün qabağındakı rəqəm rəqib qarşısındakı rəqəmdən böyük olsun. Belə olacağına inanıram”.
0