“Milli komanda futbol oynaya bilmədi”
10.10.2009 - 09:49
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məğlub etdiyi İsrail yığması futbol oynaya bilməyib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirilən turnirin ilk matçında yığmamıza 0:3 hesabı ilə uduzan İsrail yığmasının baş məşqçisi Eli Ohana yetirmələrinin oynaya bilməməyindən narazı qalıb. O, qarşılaşmadan sonrakı mətbuat konfransında görüşlə bağlı fikirlərini açıqlayıb: “Oyunun əvvəlində hesabda 0:2 geri düşməyimiz bizim üçün xoşagəlməz sürpriz oldu. Təşkilatçı ölkənin komandasına bu hesabla qalib gəlmək qibtə olunası haldır. Oyunumuzla bağlı bir şey deyə bilərəm: futbol oynaya bilmədik”.
- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0