U-21-in futbolçuları əsas yığmaya çağırıla bilər
10.10.2009 - 09:56
U-21-in futbolçuları əsas yığmaya çağırıla bilər
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da millimizi qəbul edəcək Lixtenşteyn yığmasının mətbuat üçün açıq məşq keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, məşqdən sonra rəqib komandanın baş məşqçisi Hans-Peter Zauq mətbuat konfransı keçirib.

O yığmamızla oyun haqda fikirlərini açıqlayıb: “Bizim vəziyyətimiz heç də yaxşı deyil, çünki 7 zədəli futbolçumuz var. Amma bu bir tərəfdən də gənc futbolçular üçün sınaq olacaq. Hücumda və orta xətdə bizdə problem yoxdur. Yeganə problemimiz müdafiədədir. Bu gün 21 yaşadək futbolçuların oyununa baxacağam. Ola bilər ki, milliyə yeni futbolçular dəvət edim. Çünki hazırda 4 ehtiyat futbolçumuz var. Onun da biri qapıçıdır. Yeni futbolçuların hesabına müdafiəni gücləndirməyə çalışacağam. Bizdən fərqli, rəqibin müdafiə xətti çox güclüdür”.