Türkiyəyə “eksperimental” zərbə
10.10.2009 - 11:50
Türkiyə milli komandası İspaniya yığmasından gözlənilməz zərbə ala bilər. Apasport.az saytının məlumatına görə, gələn il CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə çıxmaq şansları minimuma bərabər olan Fatih Terimin yetirmələrinin taleyi artıq möcüzədən asılıdır.
Pley-off mərhələsinə vəsiqə qazanmağa daha yaxın olan Bosniya və Herseqovinanın növbəti 2 matçın heç birində qalib gəlməyəcəyinə ümid edən türklər Estoniyanın öz meydanında, İspaniyanın isə səfərdə uduzmamağına bel bağlamaqla, özləri də 2 qələbə qazanmalıdır. Lakin CAR-a vəsiqəni artıq təmin edən pireneylilərin baş məşqçisi Visente del Boske Terim və komandasının arzularını alt-üst edə bilər. Avropa çempionlarının hazırkı çalışdırıcısı qarşıdakı görüşlərdə, o cümlədən bosniya və herseqovinalılarla matçda eksperiment edəcəyini açıqlayıb.
Bu isə heç də Türkiyə yığmasının xeyrinə deyil: “Futbolda nə baş verəcəyini əvvəlcədən söyləmək olmur. Bu iki matçda eksperimentlər aparıb bütün oyunçulara meydana çıxmaq şansı verəcəyəm”.
Qeyd edək ki, qapıçı İker Kasilyas eksperimentdən kənar qalıb hər 2 matçda meydana çıxsa milli komandada 100-cü, yubiley matçına çıxacaq.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0