Dünya 16-cı bombardirini də “itirir”
10.10.2009 - 12:03
Çexiya futbolunun əfsanəsinə çevrilən Yan Koller milli komandadakı karyerasına son qoymaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, dünyanın ən hündürboy hücumçularından olan 36 yaşlı oyunçu bu gün sonuncu dəfə yığma formasını geyinəcək.
Karyerasını Rusiyanın “Krılya Soverov” klubunda davam etdirən Yan dünya çempionatının seçmə mərhələsinin Polşa ilə matçından sonra bu millidə oynamayacağını açıqlayıb. Çexiya yığmasının tarixində ən çox qol vuran Koller 55 dəfə rəqib qapılarına yol tapıb. Bu öz yığmasında vurulan qolların sayına görə dünyada 16-cı nəticədir. O, bu gün vuracağı qolla əfsanəvi Qabriel Batistutaya da çata bilər.
Qeyd edək ki, milli komandada vurulan qolların sayındakı dünya rekordu azərbaycanlı futbolçuya məxsusdur. İran yığmasının milliyyətcə azərbaycanlı əfsanəsi Əli Daei 109 qolla Ferens Puşkaş, Pele və digərlərini bir baş üstələyir.

0
0