Nə gözəlsən, ey qələbə! - YENİLƏNİB
10.10.2009 - 23:54
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində sonuncu səfər oyununa çıxacaq. Yığmamız Vadutsda Lixtenşteynin qonağı olacaq.
Apasport.az saytı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək oyunun reportajını birbaşa “Reynpark” stadionundan yayımlayacaq. Saytın Vadutsa ezam olunmuş xüsusi müxbiri görüşlə bağlı bütün maraqlı məqamları oxuculara çatdıracaq. Dəyərli oxucularımız qarşılaşmada vurulacaq qolların müəllifləri, qeydə alınacaq maraqlı hadisələr, eləcə də oyunsonrası baş məşqçilərin fikirləri ilə tanış olmaq imkanı qazanacaqlar.
Xatırladaq ki, ötən il Bakıda keçirilmiş qarşılaşma qolsuz bərabərliklə nəticələnmişdi.
23:00 Lixtenşteyn – Azərbaycan - 0:2
Qol: Vaqif Cavadov, 55; Elvin Məmmədov, 82
Lixtenşteyn: Petr Yehle, Marko Ritzberger (Matias Kristen, 81), Volfanq Kyeber, İv Oehri, Martin Reşteyner, Fabio D’Elia, David Hasler, Ronni Büxel (k), Frans Burqmeyer, Rafael Rohrer (Roje Bek, 60), Stefan Büşel (Tomas Bek, 67).
Azərbaycan: Kamran Ağayev, Vladimir Levin, Ruslan Abışov, Maksim Medvedyev (Rail Məlikov, 90+3), Elnur Allahverdiyev, Mahir Şükürov (k), Elvin Məmmədov, Aleksandr Çertoqanov, Vüqar Nadirov (Rəşad Sadiqov, 46), Vaqif Cavadov (Cavid Hüseynov, 90+1), Daniel Axtyamov.
Sarı vərəqələr: Çertoqanov, 37; Axtyamov, 66; T.Bek, 69; Kyeber, 73; Cavadov, 73; Burqmeyer, 74; R.Bek, 78; Reşteyner, 89
Baş hakim: Pavle Radovanoviç
Baş hakimin köməkçiləri: Draqan Vuyoviç, Deyan Sakoviç
Dördüncü hakim: Yovan Kaludyeroviç (hamısı Çernoqoriya)
Vaduts. “Reynpark” stadionu
***Lixtenşteyndə hava tutqundur, təxminən 17-18 dərəcə isti var. Günorta saatlarında yağış yağsa da, artıq hava açılıb.
***Matçın başlanmasına 3 saat qalmasına baxmayaraq, artıq azərbaycanlı azarkeşlər stadiona gəlirlər. Yığmamızı dəstkləmək üçün İsveçrənin Bern, Cenevrə, Sürix və digər şəhərlərində yaşayan soydaşlarımız Vadusta təşrif buyurublar.
***Maraqlıdır ki, Azərbaycanın dövlət himnini lixtenşteynli müğənni canlı oxuyacaq.
***Yığmamızı Sankt-Qallendən gətirən avtobus bu dəqiqələrdə, Bakı vaxtı ilə saat 21.20-də “Reynpark” stadionuna yetişdi. Futbolçular meydançaya daxil olub, ot örtüyü ilə tanış olurlar.
***Bu gün Lixtenşteynin “Sportnews” qəzetində Lixtenşteyn - Azərbaycan matçı ilə bağlı məqalə dərc olunub. Üz səhifəsinə Elvin Məmmədovla birgə yerli futbolçuların şəkli çıxarılıb. Məqalə isə belə adlanır: “Hər şey qaydasındadır”.
***Lixtenşteyn komandasında ön xətdə iki hücumçu - Hasler və Büşel oynayacaq. Milli komandamızın da hücum futbolu göstərəcəyi gözlənilir. Çünki Foqts ilk dəqiqələrdən meydana iki nominal hücumçu buraxacaq. Ancaq Daniel Axtyamovdan fərqli, Vaqif Cavadov yarımmüdafiəyəyə daha yaxın oynaya bilər.
***AFFA prezidenti Rövnəq Abdullayev azərbaycanlı azarkeşlərin yerləşdiyi tribunada oturub.
***Tribunada təxminən 60 azərbaycanlı azarkeş var. Onlar özləri ilə stadiona üçrəngli bayrağımızı gətiriblər. Bunlardan biri - 5 metrlik bayraq xüsusilə diqqəti çəkir.
***Diktorun sözləri isə təəccüb doğurmaya bilməz. O, azarkeşlərə almanca müraciət edərək, “Himn çalınanda, zəhmət olmasa, ayağa durun. Diqqətinizə görə sağ olun” dedi.
Oyun başlandı.
2-ci dəq. Yığmamız hesabı aça bilərdi. Amma Çertoqanovun qüvvətli zərbəsini qapıçı çətinliklə qaytardı. Təkrar zərbə vurmağa isə Axtyamov özünü çatdıra bilmədi.
5-ci dəq. Lixtenşteynin ilk təhlükəli hücumu. Marko Ritzberger sağ cinahdan irəliləyib, cərimə meydançasına daxil oldu. Onun qapı önünə ötürməsini Kamran tutur.
İlk dəqiqələrdə meydan sahiblərinin müdafiəyə meylli oyun göstərmələri nəzərə çarpır. Buna görə də daha çox bizim futbolçular hücuma keçirlər.
Hazırda milli komandamızın ən zəif yeri müdafiənin sol cinahıdır. Lixtenşteynlilər çətinlik çəkmədən, Ruslan Abışovu arxada qoyurlar.
Artıq 20 dəqiqədən çoxdur ki, tərəflər kəsərli hücum təşkil edə bilmir. Mübarizə əsasən meydanın mərkəzində gedir.
28-ci dəq. Künc zərbəsindən sonra Vüqar Nadirov topu “çərçivə”yə istiqamətləndirdi. Yehle güclə topu tirin üzərindən aşıra bildi.
37-ci dəq. Çertoqanov hakimə narazılığını bildirir və hakim matçda ilk dəfə əlini cibinə atır. Demək olar ki, futbolçumuz heç nədən sarı vərəqə ilə cəzalandırıldı.
“Reynpark” stadionunda “Karvan”ın sabiq prezidenti Cavanşir Şirəliyevə də rast gəlmək mümkündür.
Birinci hissə qolsuz bərabərliklə başa çatdı.
Milli komandamız ikinci hissəyə dəyişikliklə başladı - Nadirovu Sadiqov əvəzlədi.
48-ci dəq. Vaqif Cavadovun zərbəsi yadda qaldı. Onun təxminən 20 metrlik vurduğu zərbə dirəyin lap yanından keçdi.
Qoooooollllllll
Vaqif Cavadov hesabı açır. Əla kombinasiyanı hücumçumuz küncə göndərdiyi dəqiq zərbə ilə tamamlayır.
Məğlubiyyətdən yaxa qurtarmaq istəyən Lixtenşteyn yığmasında ilk dəyişiklik edilir.
60-cı dəq. Elvin Məmmədova uzun ötürmə verilir. Lakin ondan əvvəl qapıçı cərimə meydançasını tərk edərək, təhlükəni sovuşdurur.
Yenidən güclü yağış başlanır.
68-ci dəq. Az qala hesab bərabərləşəcəkdi. Roje Bekin qüvvətli zərbəsini Kamran qaytarmağı bacardı. Ardından müdafiəçilər topu uzaqlaşdırdılar.
Qarşılaşmanı stadionda 1600 tamaşaçı izləyir.
77-ci dəq. Çertoqanov arxa xətdə kobud səhvə yol verdi. Yaxşı ki, bu “hədiyyə”dən rəqib futbolçu yararlana bilmədi.
Yağış daha da güclənir. Bu hava xüsusilə yığmamızın üzvləri üçün əlverişsizdir.
82-ci dəq. Bu da ikinci qol! Lixtenşteyn yığmasının müdafiəsi kobud səhv buraxır. Elvin Məmmədov qapıçı ilə təkbətək çıxaraq, şansını boşa vermir.
85-ci dəq. Üçüncü qolu da vura bilərdik. Amma Vaqif Cavadov yaxın məsafədən qapını dəqiq nişan ala bilmədi.
90-ci dəq. Son dəqiqələrdə meydan sahiblərinin hesab arasındakı fərqi azaltmaq imkanı var idi. Lakin yerlə qapıya vurulan zərbə zamanı idman xoşbəxtliyi bizim tərəfimizdə oldu.
Matç başa çatdı: Azərbaycan 2, Lixtenşteyn 0.

0
0