Milli komandamızdan azərbaycansayağı məğlubiyyət
10.10.2009 - 20:33
Azərbaycanın 21 yaşlılardan ibarət yığması (U-21) acı məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Avstriyanı qəbul edən milli komandamız xalsız qalıb.
Hərçənd, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş yığmamız üçün yaxşı başlayıb. Qarşılaşmanın 37-ci dəqiqəsində Bəxtiyar Soltanov hesabı açıb. Bundan 3 dəqiqə sonra rəqibin heyətində İlsanker meydan qovulub. Lakin gənc futbolçularımız qələbə hesabını qoruya bilməyiblər.
Öncə Osman Umarov (87-ci dəq.) qırmızı vərəqə ilə cəzalandırılıb. Ardından Marqreitter 90-ci dəqiqədə penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə isə Qrünvald məğlubiyyətimizi rəsmiləşdirib - 1:2.

0
0