Berti Foqts: Həmin sözləri burada təkrarlaya bilmərəm
11.10.2009 - 00:53
Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts Lixtenşteynlə oyundan sonra mətbuat konfransı keçirib. Apasport.az saytının Vadutsa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 2:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, almaniyalı mütəxəssis narazılığını gizlətməyib.
- Təəssüf ki, mətbuat konfransına mənfi sözlərlə başlamalıyam. Birinci hissədə oyundan razı qalmadım. Yetirmələrim topsuz olarkən və mövqe seçimində səhv buraxırdılar. Belə oynamaq olmaz. İkinci hissədə isə yaxşı oyun nümayiş etdirdik. Xüsusilə sağ cinahdan oyunumuz yaxşı alındı. Qol vurmamışdan öncə təzyiq altında idik, fərqləndikdən sonra isə bir qədər sərbəstləşdik. Qələbəyə görə çox sevinirik. Azərbaycan yığması gələcəyin komandasıdır. Qələbəni AFFA prezidenti Rövnəq Abdullayevə həsr edirik. O, həmişə oyunlarımıza gəlir. Nəhayət, qələbə qazanıb, ilk dəfə onu üzügülər görə bildik. Rəqibimiz Lixtenşteyn gözəl təsir bağışladı. Onlar əsasən müdafiədə diqqətli idilər. Gələn həftə Rusiyaya qarşı vacib matçımız var. Həmin görüşün favoriti sözsüz ki, Rusiyadır. Amma biz yığmanın inkişaf etdiyini, güclü kollektiv olduğumuzu onlara göstərmək istəyirik.
- Fasilədə yetirmələrinizə nə dediniz ki, onlar ikinci hissədə iki qol vurmağı bacardılar?
- Həmin sözləri burada təkrarlaya bilmərəm.
- Bu gün Almaniya yığması Rusiyanı məğlub edib. Rusiyalı hücumçu Andrey Arşavin matçın ardından bildirib ki, Bakıya turist kimi gedəcəyik. Buna cavabınız varmı?
- Mən Almaniyanın yox, Azərbaycan komandasının məşqçisiyəm. Futbolçuların qarşılaşmadan sonra dediklərinə inanmaq lazım deyil. Hamı bilir ki, Bakı gözəl şəhərdir, gözəl insanları var. Gəlib, bu şəhəri gəzmək olar.
- Azərbaycan futbol tarixinə düşdüyünüzdən xəbəriniz varmı?
- Nəyə görə tarixə düşmüşəm?
- Çünki yığmamız ilk dəfə səfərdə rəsmi matçda qalib gəlib.
- Deməli, oktyabrın 10-u Azərbaycanda bayramdır. Hamımız şahidi olduq ki, komandamızda inkişaf var. Bu gün fiziki cəhətdən rəqibdən üstün idik. Azərbaycanda həmçinin, aşağı yaşlılardan ibarət yığmalar tərəqqi edir. U-19-un İsrail üzərində qələbəsi məni sevindirir. Yeniyetmə futbolçular “Bavariya”, “Hoffenhaym” kimi klublara məşq keçməyə gedir. Fürsətdən istifadə edib, buna görə AFFA rəhbərliyinə minnətdarlığımızı bildiririk. Amma futbol elə şeydir ki, ayın 14-də Rusiyaya uduzsaq, siz yenə məni tənqid edəcəksiniz.
- Azərbaycan yığmasında aqibətiniz necə olacaq?
- Bu məsələni seçmə mərhələnin son oyunun ardından müzakirə edəcəyik. Gələn ilin yanvarında gənc futbolçuları Duysburqa 6 həftəlik təlim-məşq toplanışına aparmaq istəyirəm. Onların təcrübələrini artırılmasına çalışacağıq. Bu mənim işimin bir hissəsidir. Bunlar Azərbaycan futbolu üçün çox vacibdir.

0
0