Bakı küçələrində qələbəlik
11.10.2009 - 02:29
Bakı küçələrində qələbəlik
Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Lixtenşteyn üzərində qələbəsi (2:0) Bakıda xüsusi qeyd olunub. Apasport.az saytının məlumatına görə, oyun başa çatdıqdan sonra insanlar əllərində bayraqlar küçələrə çıxıblar. Onlar qələbə münasibətilə bir-birlərini təbrik ediblər. Həmçinin, yığmamızın qalibiyyətindən ruhlanan sürücülər öz avtomobillərində üçrəngli bayrağımızı dalğalandırıblar.

Xatırladaq ki, Vadutsun “Reynpark” stadionunda əldə olunan uğur Azərbaycanın futbol tarixinə düşüb. İndiyədək milli komandamız rəsmi matçlarda səfərdə qələbə qazana bilməmişdi.