Nazim Süleymanov günahı qapıçıda görür
11.10.2009 - 03:51
“Düşünürəm ki, Avstriyaya qarşı taktiki cəhətdən düzgün oynadıq və bunun sayəsində hesabı açdıq. Futbolçularımız fiziki hazırlıqda da rəqibindən geri qalmadı. Belə vəziyyətdə ikinci qolu da vurmalı idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-21) məşqçisi Nazim Süleymanov deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Avstriya ilə oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Süleymanov milli komandamızın məğlubiyyətində qapıçını günahkar sayıb: “Matçın sonuna bir neçə dəqiqə qalmış yığmamızın qapıçısı intizamsız hərəkət edərək, qələbə qazanmağımıza imkan vermədi. Təəssüf ki, qalib gəlməli olduğumuz oyunu uduzduq».
Qeyd edək ki, U-21 Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib.
Mənbə: affa.az

0
0