Biz yuxarıya, Lixtenşteyn aşağıya
11.10.2009 - 04:17
2010-cu il dünya çempionatının seçmə mərhələsinin 4-cü qrupunda turnir cədvəli yenidən dəyişib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması səfərdə Lixtenşteyn üzərində qazandığı qələbə (2:0) sayəsində bir pillə irəliləyib. Xalını 4-ə çatdıran milli komandamız məhz “cırtdan ölkə”ni qabaqlayaraq, 5-ci sıraya yüksəlib. Qrupumuzun digər matçlarında Almaniya Moskvada Rusiyanı 1:0, Finlandiya isə doğma meydanda Uelsi 2:1 hesabı ilə məğlub edib. Nəticədə Almaniya dünya çempionatına birbaşa vəsiqəyə yiyələnib. Rusiya yığması isə pley-off mərhələsində mübarizə aparacaq.
Turnir cədvəli:1.Almaniya, 25 xal; 2.Rusiya, 21; 3.Finlandiya, 17; 4.Uels, 9; 5.AZƏRBAYCAN, 4; 6.Lixtenşteyn, 2
Turnir cədvəli:1.Almaniya, 25 xal; 2.Rusiya, 21; 3.Finlandiya, 17; 4.Uels, 9; 5.AZƏRBAYCAN, 4; 6.Lixtenşteyn, 2
0
0