Terim də belə getdi...
11.10.2009 - 05:25
Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terim tutduğu vəzifədən istefa verir. Apasport.az saytının məlumatına görə, buna səbəb “ay-ulduzlular”ın dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi olub. Türklərin yarışdığı qrupda bütün məsələlərə oktyabrın 10-da aydınlıq gəlib. Bosniya və Herseqovina Estoniyanı 2:0 hesabı ilə məğlub edərək, pley-off mərhələsinə yüksəlib. Səfərdə Belçikaya eyni hesabla uduzan Türkiyə yığması isə 3-cü yerlə kifayətlənib.
“Bu turnirdə çıxışımızı uğursuz sayıram. Qrupda ən pis halda, ikinci pillədə qərarlaşmalı idik. Bu vəzifənin öhdəsindən gələ bilmədiksə, deməli günahkar baş məşqçidir” - deyə Terim Belçika ilə görüşdən sonra vurğulayıb.
Təcrübəli çalışdırıcı oktyabrın 14-də Ermənistanla matçdan sonra rəsmən istefa verəcəyini bəyan edib: “Bu, baş məşqçi postunda axırıncı oyunum olacaq”.

0
0