“Onların üstünə qışqıra bilərdim, amma...”
11.10.2009 - 20:27
“Qələbə qazandığımız üçün çox sevinirəm. Uduzsaydıq pis olacaqdı. Yeri gəlmişkən, AFFA rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Assosiasiya prezidenti Rövnəq Abdullayev oyun günü naharda bizə dəstək oldu, uğurlar arzuladı. Şadam ki, bütün futbolsevərləri, o cümlədən AFFA prezidentini sevindirə bildik”. Bu sözləri apasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Şükürov deyib.
Dünya çempionatının seçmə qrup mərhələsində Lixtenşteynlə oyun Şükürov üçün xüsusi əhəmiyyət kəsb edib. O, ilk dəfə məhz “cırtdan ölkə”nin nümayəndələri ilə qarşılaşmada meydana kapitan qismində çıxıb. Mahir matçın gedişində komanda yoldaşları ilə yumşaq davrandığını boynuna alıb: “Təbii ki, kapitanlıq məsuliyyəti daha da artırır. Komanda yoldaşlarıma dəstəyimi əsirgəmədim. Lakin etiraf edim ki, onlara qarşı bir az yumşaq davranırdım. Futbolçuların üstünə qışqıra bilərdim, ancaq bu zaman onların oyunları alınmaya bilərdi. Ona görə də istəyirdim ki, mehribançılıqla, şirin dillə bir-birimizə dəstək olaq”.
Yarımmüdafiəçi onu da vurğulayıb ki, yığmamız qarşıdakı oyunda çətinliklə üzləşəcək: “Artıq Lixtenşteyn üzərində qələbəni unutmaq lazımdır. Növbəti rəsmi matça - ruslarla görüşə necə lazımdırsa, hazırlaşırıq. İndi bu oyuna köklənmək vacibdir. Çox güman ki, matç bizə çətin olacaq. Ruslar dünya çempionatının seçmə mərhələsində keçirdikləri son qarşılaşmada uduzduqlarından, hirsli olacaqlar. Buna baxmayaraq, doğma meydanda yaxşı nəticə əldə edib, xal qazanmaq istəyirik”.
Qeyd edək ki, milli komandamız Vadutsda Lixtenşteyni 2:0 hesabı ilə üstələyib. Yığmamızın ruslarla görüşü isə oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

0
0