Fatih Terimin istefası qəbul edildi
11.10.2009 - 23:17
Türkiyə Futbol Federasiyası başqanı Mahmud Özgener, Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin istefasının qəbul edildiyini bildirən açıqlama ilə çıxış edib.
APA-nın xəbərinə görə, Özgenerin açıqlamasında bildirilib ki, Türkiyə millisinin sonuncu oyunda Belçika komandasına məğlub olaraq, 2010-cu ildə keçiriləcək dünya çempionatında iştirak etmək şansını itirib.
“Bu nəticə isə milli komanda üçün tamamilə yeni bir başlanğıcın əsasını qoyub. Yeni dövrü tam sağlam şəkildə dəyərləndirmək üçün keçmişdə baş verənləri ciddi şəkildə təhlil etməyə ehtiyac var”.
Milli komandanın keçmiş uğursuzluqlarının qeyd edildiyi açıqlamada uğurların davamlı və qalıcı olması ilə bağlı problemlərin ortaya çıxdığı da vurğulanıb.
“Biz Fatih Terimlə də sonuncu oyundan öncə komandada olan problemləri geniş şəkildə müzakirə etmişdik. Amma oyundan sonra istefa vermək barədə qərarını televiziyadan öyrəndim. Bu, onun özünün verdiyi qərardır. Mən və İdarə Heyətindəki yoldaşlarım Terimin qərarını hörmətlə qarşıladıq. O, milli komandamıza böyük xidmətlər edib. Bu günə qədərki xidmətlərinə görə, ona təşəkkür edirik”.
Özgener bildirib ki, milli komanda üçün təkcə yeni baş məşqçi ilə yola davam etmək deyil, həm də qlobal olaraq yeniləşmə, qazanılan uğurları əldə saxlamaq qabiliyyətini qazanma kimi yeni mərhələ başlayacaq: “Baş məşqçinin dəyişməsi bu böyük planın bir hissəsidir”.
Qeyd edək ki, F. Terim üçün sonuncu oyun bu il oktyabrın 14-də Türkiyə və Ermənistan milli komandalarının Bursadakı qarşılaşması olacaq.

0
0