Milli komandamız Polşanı məğlub edib lider oldu
11.10.2009 - 23:23
Milli komandamız Polşanı məğlub edib lider oldu
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Polşa komandası ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qalib gəlib.

Hesabı oyunun 40-cı dəqiqəsində Araz Abdullayev açıb. İkinci hissədə – 53-cü dəqiqədə Mixal Kuxarçik bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Mirhüseyn Seyidovun fərqlənməsi sayəsində U-19 qələbə qazanıb. Bu nəticədən sonra yığmamız qrupda vahid liderdir.

Xatırladaq ki, U-19 ilk oyunda İsrail yığmasına 3:0 hesabı ilə qalib gəlmişdi. Yığmamız növbəti oyununu oktyabrın 14-də Danimarka komandasına qarşı keçirəcək.