“Foqts daha iki il yığmada qalmalıdır, özü də bir şərtlə”
12.10.2009 - 00:42
AFFA-nın I vitse-prezidenti Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Nəhayət, milli komandamız dünya çempionatının cari seçmə mərhələsində qələbə qazandı. Vadustda Lixtenşteynlə görüş barədə təəssüratlarınızı bilmək istərdik.
- Uzun müddət idi ki, bu qələbəni gözləyirdik. AFFA rəhbərliyinin yaratdığı şərait əsasında yığmamız Frankfurtda çox gözəl təlim-məşq toplanışı keçmişdi. Həmin hazırlıq prosesində bildirmişdik ki, hər şey futbolçuların özlərindən asılıdır. Lixtenşteynlə matçın birinci hissəsi yaxşı alınmasa da, fasilədən sonra milli komandamız gözəl oyun nümayiş etdirdi. Futbolçularımız rəqib qapısına iki yox, daha çox qol vurmaq imkanına malik idilər. Bəzi insanlar deyə bilər ki, Lixtenşteyn güclü komanda deyil. Amma buna fikir vermək lazım deyil. Çünki yığmamız səfərdə mübarizə aparırdı. Bu qələbə oyunçularımızı ruhlandırdı. Yenə təkrar edirəm ki, hər şey onların özlərindən asılıdır. İndi ən əsas məsələ gənc nəsli düzgün yetişdirməkdir. Bu, bizim başlıca vəzifəmizdir. Həm Bakıda, həm də xaricdə açılan futbol məktəblərini nəzarətə götürmək, işləmək lazımdır. Gələcəkdə milli komandanın bundan güclü olacağına inanıram.
- Seçmə mərhələnin sonuna bir neçə gün qalıb. Yarış başa çatdıqdan sonra baş məşqçi Berti Foqtsun aqibəti necə olacaq?
- Bu sualı mənə dəfələrlə veriblər. Həmişə də cavabında demişəm ki, sözügedən məsələ barədə seçmə mərhələdən sonra müzakirə aparılacaq. Şəxsən mənim fikrimcə, Foqts öz vəzifəsində qalmalıdır. O, təcrübəli məşqçidir, cavanlardan ibarət komanda formalaşdırır. Onun məşqlərinə baxanda görünür ki, doğurdan da təcrübəli məşqçidir, dünyada tanınmışdır. Hesab edirəm ki, Foqtsun işləməsinə şərait yaratmaq lazımdır, özü də bir şərtlə: o, Bakıda çox olmalı, Premyer Liqanın bütün matçlarını da olmasa, mərkəzi görüşlərini izləməli, cavan futbolçulara baxmalı, tövsiyələrini verməlidir. Həm də bizim məşqçilər onunla sıx əlaqə qurmalıdırlar. Heç kim demir ki, Azərbaycanda məşqçi yoxdur. Əksinə, bizdə gözəl məşqçilər var. Lakin yüksək səviyyəyə çatmaq üçün Foqtsun yaxşı cəhətlərini götürməlidirlər.
- Belə çıxır ki, indi Foqts Azərbaycanda az olur?
- Mən arzulayıram ki, o, ölkəmizdə daha çox olsun.
- Bəs onunla yeni müqavilənin müddətinin neçə il olması məqsədəuyğundur?
- İki il. Yəni, Avropa çempionatının seçmə mərhələsinin axırına qədər. İki ildən sonra Azərbaycanda futbolun səviyyəsi də, mühit də dəyişəcək. Ondan sonra, Allah kərimdir, nə edəcəyimizə baxarıq.
- Əgər ikiillik yeni razılaşma imzalanarsa, Foqtsun qarşısına hansı vəzifə qoyulacaq?
- Yığmanın siması dəyişməlidir. Cari seçmə mərhələ uduzuldu. Belə demək olar ki, vaxt cavan heyətin qurulmasına, formalaşdırılmasına sərf edildi. Artıq yeni komanda yetişib. Foqtsdan bu kollektivə nəzarət etməyi və işləməyi tələb etmək lazımdır. Sabit heyətə ehtiyac var. Hər dəfə yeni oyunçular çağırıb, qeyri-sabit heyət qurmaq yaxşı hal deyil. Belə olacağı təqdirdə, nəticə də qazanılacaq.
- Adətən çətin oyunlar ərəfəsində futbolçuları həvəsləndirmək məqsədilə onlara pul mükafatı verilir. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, qələbə müqabilində yığmanın hər bir üzvü 2000 manat mükafat alacaq. Bəs Lixtenşteyn üzərində qalibiyyətdən sonra xüsusi pul mükafatı nəzərdə tutulubmu?
- Mütləq olacaq. Bu məsələyə baxılıb, futbolçulara xüsusi mükafat veriləcək.
- Ancaq AFFA prezidenti Rövnəq Abdullayev xüsusi mükafatın olmayacağını bildirmişdi...
- Yox, futbolçulara xüsusi mükafat təqdim olunacaq.
- Oktyabrın 14-də yığmamız Tofiq Bəhramov adına Respublika stadionunda Rusiyanı qəbul edəcək. Bu qarşılaşmada nəyə ümid etmək olar?
- Hazırda komandamızda əhval-ruhiyyə yüksəkdir. Düzdür, Rusiya reytinq baxımından bizdən çox irəlidədir. Axırıncı matçda Almaniyaya uduzsalar da, yaxşı kollektivləri, yaxşı məşqçiləri var. Hər halda, onlara qarşı mübarizə aparmalıyıq. Yaxşı oynasaq, heç-heçəyə nail ola bilərik.

0
0