Jaba “Bakı”nın xilaskarı rolunda
12.10.2009 - 09:45
Jaba “Bakı”nın xilaskarı rolunda
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Bakı" hazırlıq prosesini yoldaşlıq oyunu ilə bitirib. Apasport.az saytının məlumatına görə, türkiyəli baş məşqçi Bülənt Korkmazın yetirmələri Türkiyə Superliqasında mübarizə aparan “Qaziantepspor"la üz-üzə gəlib.

"Mardan" İdman Kompleksinin əsas meydanında keçirilən oyunda bakılılar heç-heçə ilə kifayətlənib - 1:1. Oyunda hesabı “Qaziantepspor” açsa da, Jaba bakılıları məğlubiyyətdən xilas edə bilib. Hər iki qol ilk hissədə qeydə alınıb. Hətta türkiyəlilər qələbə qazanmağa yaxın olublar. Lakin hakimin “Bakı”nın qapısına təyin etdiyi penalti dəqiq yerinə yetirilməyib.