Rusiya yığması Bakıya sabah gəlir
12.10.2009 - 09:54
Rusiya yığması Bakıya sabah gəlir
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Rusiya yığmasının Bakıya səfərinin proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 14-də baş tutacaq sonuncu turda Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq Qus Hiddinkin yetirmələri ölkəmizə qarşılaşmadan 1 gün əvvəl gələcək. Moskvadakı son məşqini bu gün Eduard Streltsov adına stadonda keçirəcək şimallılar sabah Bakıya səfərə başlayacaq. Sabah Bakı vaxtı ilə saat 12:00-da Moskvanın “Vnukovo-3” hava limanından yola düşəcək Rusiya yığması təyyarə ilə Bakıya uçacaq. Rusiyalılar ölkəmizdə olduğu müddətdə “Hyatt Park” otelində məskunlaşacaq.