“Simurq” uduza-uduza gedir
12.10.2009 - 09:57
“Simurq” uduza-uduza gedir
Unibank Premyer Liqasının lideri “Simurq” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Gürcüstanda təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan Roman Pokoranın yetirmələri bu dəfə də məğlubiyyətə üzülüb.

Bir neçə gün əvvəl “Olimpi”yə 2:3 hesabı ilə uduzan “Simurq” indi də “Sioni”yə “boyun əyib” – 1:2. Təmsilçimizin yeganə qoluna birinci hissədə hesabı açan Yuri Bulıçev imza atıb.