Azərbaycan yığmasından yeni rekord!
12.10.2009 - 10:13
Azərbaycan yığmasından yeni rekord!
Azərbaycan yığması yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Polşa üzərində qələbə qazanan (2:1) komandamıza bununla da tarixinin ən yüksək nəticəsini göstərib.

İlk matçda meydan sahibləri İsraili üstələyən (3:0) Bernard Lippertin yetirmələri bir seçmə turnirdə ikinci qələbəsini qazanıb. 1994-cü ildən bu yarışlarda oynayan millimiz ən yaxşı halda 1 qələbə qazanırdı. Son 3 mövsümün I seçmə mərhələlərində isə yığmamız rekord sayda – 4 xal toplamışdı: 1 qələbə, 1 heç-heçə.

2006/07 mövsümündə bu mərhələ keçməyə kifayət etsə də, digər iki halda qrupda qalmışdıq. Bu dəfəki 6 xal isə hələ mərhələ keçməyimizi rəsmiləşdirməyib. Son turda Danimarka qarşılaşacaq futbolçularımız 1 top fərqi ilə uduzsa belə, digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq mərhələ adlayacaq. Əks halda, həmin gün – oktyabrın 14-də baş tutacaq Polşa – İsrail matçının nəticəsi və ya digər qrupların yekun cədvəllərinə ümid ütməli olacaq.

Qeyd edək ki, 13 seçmə qrupun hərəsindən 2 komandanın vəsiqə qazanacağı növbəti mərhələyə 2 ən yaxşı üçüncü yer də vəsiqə qazanacaq.

1

Azərbaycan

2

2

0

0

5-1

6

2

Polşa

2

1

0

1

3-3

3

3

Danimarka

2

1

0

1

2-2

3

4

İsrail

2

0

0

2

0-4

0