Kamran Ağayev: Lixtenşteyni udmağımız sensasiya deyil
12.10.2009 - 10:22
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi
- Lixtenşteynlə görüşdə öz oyununuzdan razı qaldınızmı?
- Əvvəla, qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Ona görə ki, bu, milli komandanın səfərdə əldə etdiyi ilk uğurdur. Mən uşaqlıqdan böyük məşqçilərlə işləmişəm. Onlar həmişə mənə deyiblər ki, evdə və ya səfərdə qazanılan qələbə eynidir. Lixtenşteynliləri udmağımız məni sevindirir. Ancaq geniş miqyasda götürsək, sevinmirəm. Çünki böyük komandalara - İspaniyaya, Almaniyaya qarşı mübarizə aparmalı idik. Məhz bu zaman məlum olar ki, biz futbol oynaya bilirik, yoxsa xalqı aldadırıq?
- Belə demək istəyirsiniz ki, Lixtenşteyn üzərində qələbə adi haldır?
- Yox, adi hal deyil. Rusiya Vadutsda Lixtenşteyni çətinliklə, minimal hesabla məğlub edib, Finlandiya 1:1 hesabı ilə oynayıb. Hər halda, böyük komandalarla qüvvəmizi sınamalıyıq. Məsələn, ispanlarla yoldaşlıq görüşü bizim üçün ciddi sınaqdır. Bu cür matçlarda futbol oynamağı bacarıb-bacarmadığını yoxlayırsan. Əgər futbolu bacarmıramsa, çıxım, gedim ayrı sahəyə...
- Ümumiyyətlə, Lixtenşteynlə görüşdə futbol oynaya bildik?
- Onlardan fərqlənirik. Birinci hissə zəif təsir bağışladıq. Amma lixtenşteynlilərdən seçildiyimiz üçün qələbə qazandıq.
- Növbədə Rusiya ilə qarşılaşmadır. Rusiyalılar son matçda Moskvada Almaniyaya uduzduqdan sonra Andrey Arşavin Bakıya turist kimi gələcəklərini söyləyib. Bu fikrə münasibətiniz necədir?
- Bu, Arşavinin subyektiv fikridir. Mən heç vaxt meydançaya uduzmağa çıxmıram. Hər şey öz əlimizdədir. Lixtenşteynə qalib gəlməyimiz, o demək deyil ki, sensasiya etmişik. Bu, bizim işimizdir, qələbə qazanmalıyıq. Əsas mübarizəmiz isə ruslara, almanlara, ispanlara qarşı olmalıdır.
- Azərbaycan - Rusiya matçı ilə bağlı proqnozunuz nədir?
- Bunu deyə bilmərəm. Sadəcə onu bildirim ki, ruslarla Bakıdakı görüşün heç-heçə bitməsi bizim üçün məğlubiyyətə bərabərdir.
- Bəs siz özünüz nə vaxt legioner həyatı yaşamağa qərar verəcəksiniz?
- Hələlik “Xəzər-Lənkəran”ın şərəfini qoruyuram. Bir sıra ölkələrdən təklif almışam. Ola bilsin ki, qış fasiləsində Türkiyə, yaxud İtaliya təmsilçisinə transfer oldum. Tanınmış menecerlə müqavilə bağlamışam. Yəni, qismət olsa, legioner həyatı yaşayacağam. Ancaq hara getsəm də, Azərbaycanı heç nəyə dəyişmərəm.

0
0