Çernoqoriyalı hakimin “quş”u hansı futbolçumuzu cəzadan qurtardı?
12.10.2009 - 10:39
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn – Azərbaycan oyununun baş hakimi Pavle Radovanoviç buraxdığı kobud səhvlə tarixə düşdü. Apasport.az saytının məlumatına görə, 34 yaşlı çernoqoriyalı referi milli komandamızın müdafiəçisi Elnur Allahverdiyevə göstərdiyi sarı vərəqəni Rəşad Sadiqovun adına yazıb. Bu, FİFA-nın rəsmi saytında açıqlanan protokolda öz əksini tapıb. Halbuki, Radovanoviçin oyunun 88-ci dəqiqəsində sarı vərəqə göstərdiyi epizodda kobudluğu Rəşad yox, Elnur etmişdi və sonuncudan bundan necə dilxor olduğunu anlamaq olardı.
Axı bu, Allahverdiyevin cari seçmə mərhələdə ikinci “sarı”sı olduğundan avtomatik Rusiya ilə oktyabrın 14-də Bakıdakı görüşü buraxmalı idi. Yeri gəlmişkən, Elnur ilk “sarı”nı milli komandamızla rəsmi debüt etdiyi oyunda – Almaniya ilə avqustun 12-də Bakıdakı görüşdə (0:2) alıb. Deməli, Radovanoviç buraxdığı “quş”la Allahverdiyevi cəzadan yaxa qurtardı. Həmin məntiqlə rəsmi sənəddə edilən qeydlər əsas götürülür və deməli, Elnur vərəqə limitini aşmayan futbolçular sırasındadır. Əslində, Rəşadın cari seçmə mərhələdə vərəqə almadığını nəzərə alsaq, ona göstərilən səhv “sarı” da ruslara qarşı oynamağa problem yaratmır.
Radovanoviç Lixtenşteynlə görüşdə milli komandamızın digər futbolçularından Aleksandr Çertoqanov (38-ci dəqiqə), Daniel Axtyamov (66-cı dəqiqə) və Vaqif Cavadova (73-cü dəqiqə) sarı vərəqəni düz göstərib. Bunlardan Axtyamovla Cavadov cari seçmə mərhələdə ilk dəfə sarı alırlar. Çertoqanovda isə bu baxımdan vəziyyət fərqli olsa da, o da cəzalı duruma düşmür. Məsələ ondadır ki, Lixtenşteyn və Almaniya ilə Bakıdakı oyunlarda sarı vərəqə alan yarımmüdafiəçi Finlandiya ilə Lənkərandakı görüşü cəzalı olduğu üçün buraxmalı olmuşdu. Artıq hesabında üç “sarı” olan Aleksandrın da cari seçmə mərhələdə son görüşdə meydana çıxmasında problem yoxdur.

0
0