“Xəzər-Lənkəran” Türkiyədən heç-heçə ilə qayıdır
12.10.2009 - 10:47
“Xəzər-Lənkəran” Türkiyədə keçirdiyi növbəti yoxlama oyunundan qələbəni əldən verib. Apasport.az saytının məlumatına görə, Antalyada son sınaq matçını keçirən cənub təmsilçisi “İstanbul Böyükşəhər Bələdiyyəspor” ilə görüşdə son dəqiqələrdə buraxdığı qolla heç-heçə ilə kifayətlənməli olub – 3:3.
Ağasəlim Mircavadovun komandasının öncədən “Antalyaspor”la oyunu nəzərdə tutulsa da, Superliqanın digər təmsilçisi ilə üz-üzə gəlib. Oyunun 3-cü dəqiqəsində müdafiəçilərin səhvi nəticəsində qol buraxan lənkəranlılar bundan 11 dəqiqə sonra daha bir məyusluq yaşayıb. Belə ki, honduraslı Allan Lalinə qarşı kobudluğa görə təyin edilən cərimə zərbəsini yerinə yetirən braziliyalı Mario Souza topu dirəyə vurub. Ancaq bundan az sonra, 21-ci dəqiqədə sol cinah hücumçusu mövqeyində çıxış edən bolqar İvan Svetkov topu başla qapıdan keçirməklə tarazlığı bərpa edib. Ancaq lənkəranlıların arxayınlaşması fasilənin sonunda yenidən hesabda geri düşmələri ilə nəticələnib.
“Xəzər-Lənkəran”ın məşqçilərinin Antalya toplanışında ən yaxşı saydığı Lalin ikinci hissənin əvvəlində üç dəqiqəyə (47 və 50-ci dəqiqələr) etdiyi dubla nəinki hesabı bərabərləşdirib, həm də komandasını hesabda irəli çıxarıb. Ancaq fasilədən dərhal sonra meydana daxil olan çexiyalı müdafiəçi Tomas İnemanın son dəqiqələrdə rəqibə qabaqlamaq üçün topa müdaxiləsi ilə avtoqola və qələbəni əldən verilməsinə səbəb oldu.
Qeyd edək ki, “Xəzər-Lənkəran” Antalyada keçirdiyi ilk iki yoxlama oyununda aşağı divizion klublarına – “Kasımpaşa” (2:1) və “Kadriyyə Bələdiyyəspor”u (4:1) məğlub etmişdi.

0
0