Andrey Arşavin: Bakıdakı görüşdə stimulumuz olacaq
12.10.2009 - 10:59
“Almaniya ilə oyundan sonra Azərbaycana səfərimiz turistik xarakter daşıyır. Bununla belə, Bakıdakı görüşdə stimulumuz olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının kapitanı Andrey Arşavin deyib.
Almaniyaya Moskvada 0:1 hesablı məğlubiyyətdən sonra 2010-cu il dünya çempionatına birbaşa çıxmaq şansını itirən ruslar Azərbaycan milli komandası ilə oktyabrın 14-də Bakıdakı görüşün nəticəsindən asılı olmayaraq, qrupda 2-ci yeri tutacaqlar. Bununla belə, ölkəmizə iddialı gələn Arşavin stimuldan danışıb: “Birincisi, qələbə qazanmaq lazımdır. Meydana çıxan zaman həmişə qələbə qazanmaq istəyirsən. İkincisi də qrupda almanlarla görüş istisna olmaqla, heç bir xal itirmək istəmirsən. Artıq biz səpələnmişlər sırasına düşmüşük”.
Son vaxtlar zədə problemi ilə üzləşən, çıxış etdiyi Londonun “Arsenal” klubunda baş məşqçisi Arsen Vengerin sağlamlığından narahat olduğu Andrey bütün bunlara baxmayaraq Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxmaq istəyir: “Şəxsən mən Bakıdakı görüşdə oynamaq istəyirəm. Bakıdakı oyunda kimin meydana çıxmasından asılı olmayaraq, heyət döyüşkən olacaq. Buna heç şübhəniz olmasın. Vengerin narahatçılığına gəlincə, onu sakitləşdirə bilərsiniz. Hərçənd, düzünə qalsa, dizimdəki ağrılar hələ də yaddan çıxartmağa imkan vermir”.

0
0