Bülənt Korkmaz: Bu gedişlə 5 həftəyə istədiyimiz oyunu göstərəcəyik
12.10.2009 - 11:01
Türkiyədə keçirilən təlim-məşq toplanışında yerli “Qaziantepspor” klubu ilə qarşılaşan “Bakı”nın baş məşqçisi Bülənt Korkmaz komandasından razı qalıb. Apasport.az saytının məlumatına görə, Mardan idman kompleksinin stadionunda keçirilən və 1:1 hesabı ilə nəticələnən görüşdən sonra 41 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini açıqlayıb: “Qaziantepspor” kimi güclü rəqibə qarşı çox gözəl oyun göstərə bildik. Yetirmələrimizin sərgilədiyi oyundan məmnun qaldım. Onların əzmi, istəyindən razıyam. Hər keçən gün irəliyə doğru addım atırıq. Bu gedişlə 5 həftəyə istədiyimiz oyunu göstərəcəyik”.
0
0