“Mənəvi durumumuzu yaxşılatmaq üçün Bakıda qələbə qazanmalıyıq”
12.10.2009 - 11:21
“Azərbaycan yığması ilə görüşün heç bir şeyi həll etməməsi, oyuna köklənməyimizə təsir göstərməyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının yarımmüdafiəçisi İqor Semşov deyib.
Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən futbolçu Almaniya yığmasına Moskvada məğlubiyyətdən (0:1) sonra milli komandamızla Bakıdakı görüşü əhəmiyyətsiz saymır: “Azərbaycanla görüşə normal köklənəcəyik. İstənilən halda, mənəvi durumumuzu yaxşılatmaq üçün qələbə qazanmalıyıq. Qələbə oyunun dərəcəsindən asılı olmayaraq həmişə digər nəticədən üstün olur. Fikrimcə, pley-off oyunlarında zəif rəqib olmur. Hamı ora bərabər şansla vəsiqə qazanır. Bir də ki bu cür oyunlar həmişə gözlənilməz olur. Buna görə də hesab etmirəm ki, belə görüşlərdə bugünkü fərqli olaraq işimiz asan olacaq”.

0
0