“Xəzər-Lənkəran” hamıdan fərqləndi
12.10.2009 - 11:23
“Xəzər-Lənkəran” hamıdan fərqləndi
Azərbaycan klublarında çıxış edən 9 futbolçu dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında keçirilən oyunlarının iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının oyunçuları Latviya, Moldova, Estoniya və Gürcüstan yığmalarında növbəti matçlarını çıxarıb. Onlardan yalnız biri – “Xəzər-Lənkəran”ın hücumçusu Denis Kalinkov qol sevinci yaşayıb. Daha bir futbolçu – “Neftçi”nin qapıçısı Paulius Qribauskis isə Litva yığmasının oyununda ehtiyat oyunçular skamyasında qalıb.

Yunanıstan – Latviya - 5:2
Andrey Rubin (“İnter”) – 78 dəqiqə
Girts Karlson (“İnter”) – 71 dəqiqə
Gennadi Solonitsın (“Simurq”) – 12 dəqiqə (Rubini əbvəzləyib)

İsrail – Moldova – 3:1
Sergey Laşenkov (“Olimpik-Şüvəlan”) – 90 dəqiqə
Aleksey Savinov (“Bakı”) – 90 dəqiqə
Denis Kalinkov (“Xəzər-Lənkəran”) – 90 dəqiqə və 1 qol

Estoniya – Bosniya və Herseqovina – 0:2
Dmitri Kruqlov (“Neftçi”) – 90 dəqiqə
Taavi Rahn (“Neftçi”) – 90 dəqiqə

Çernoqoriya – Gürcüstan – 2:1
Georgi Lomaya (“İnter”) – 90 dəqiqə və 2 buraxılan qol