Mixael Ballak millimizin baş məşqçisini necə və harada yaxaladı?
12.10.2009 - 11:26
Mixael Ballak millimizin baş məşqçisini necə və harada yaxaladı?
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya – Almaniya oyunu komandanın liderləri üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Bundestimin qələbə qolunu vurub yığmanı CAR-a aparan Miroslav Kloze millidə 48-ci qolunu vurub. Bununla da şərikləri – Rudi Föller və Yurgen Klinsmannı arxada qoyan 31 yaşlı Polşa əsilli hücumçu indi yalnız əfsanəvi Herd Müllerdən geri qalır – 68 qol.

Almaniya milli komandasının kapitanı Mixael Ballak isə 96-cı dəfə yığma formasında meydana çıxıb. Bununla, o 100 oyun həddini aşan 5 futbolçuya hamıdan yaxın olan Berti Foqtsa çatıb. Azərbaycan milli komandasının baş məşqçisini Moskvada yaxalayan Ballak oktyabrın 14-də Finlandiya ilə keçiriləcək görüşdə arxada qoya bilər.

Qeyd edək ki, Foqts yığmada 96 oyuna 1 qol vurub.