Onlar Bakıda ehtiyatlı olmalıdır...
12.10.2009 - 11:36
2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının son rəqibi olan Rusiya yığması Bakıya itkisiz gəlir. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın oktyabrın 14-də Bakıdakı görüşdə cəzalı futbolçusu olmayacaq.
Hərçənd, rusların əsas heyət oyunçularından Yuri Jirkovla Aleksandr Anyukov Almaniya yığması ilə Moskvadakı görüşdə (0:1) sarı vərəqə alıblar. Ancaq həm onların, həm də Konstantin Zıryanov, Vasili Berezutski və Roman Pavlyuçenkonun cari seçmə mərhələdə hesabında ilk sarı vərəqə var. Artıq üç dəfə “sarı” alan Aleksandr Anyukov da vərəqə limitini aşmaq üzrədir. Yəni, Rusiya yığmasının bu futbolçuları milli komandamızla səfər oyununda da növbəti sarı vərəqələrini alacaqları halda, cəzalı duruma düşəcəklər. Çünki FİFA-nın qaydalarına görə, seçmə mərhələdə alınan sarı vərəqlər və cəzalar pley-off oyunlarında da qüvvədə qalır. Deməli, adlarını çəkdiyimiz rus futbolçular komandalarını pis vəziyyətdə qoymamaq üçün Bakıda ehtiyatı əldən verməməlidirlər.

0
0