Rusiya yığması Bakıda açıq məşq edəcək
12.10.2009 - 12:08
Rusiya yığması Bakıda açıq məşq edəcək
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi son oyunda rəqibi olan Rusiya yığmasının açıq məşqi olacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sabah Bakıya gələcək Qus Hiddinkin yetirmələri ölkəmizdəki məşqini Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Sabah saat 18:30-da başlayaacq hazırlıqlar mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu oktyabrın 14-də saat 21:00-da başlayacaq.