Maksim Medvedev: 158-də 159-cu!
12.10.2009 - 12:49
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn yığmasına qarşı keçirdiyi oyun Maksim Medvedev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunda çıxış edən 20 yaşlı futbolçu karyerasında ilk dəfə millinin formasında meydana çıxıb. 20 yaşlı müdafiəçi yığmanın tarixində bu şərəfə nail olan 159-cu futbolçu olub. O, həm də 2009-cu ildə millidə debüt edən ikinci futbolçudur. Digər müdafiəçi – “Neftçi”nin futbolçusu Ruslan Abışov da bu il belə şans qazanıb.
Qeyd edək ki, Vadutsdakı qarşılaşma yığmamızın tarixində 158-ci oyun idi.
Qeyd edək ki, Vadutsdakı qarşılaşma yığmamızın tarixində 158-ci oyun idi.
0
0