Qus Hiddink Bakıda mətbuat konfransı keçirəcək
12.10.2009 - 12:52
Qus Hiddink Bakıda mətbuat konfransı keçirəcək
Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink mətbuat konfransı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də keçiriləcək matçda Azərbaycan yığması ilə görüşəcək şimallıların hollandiyalı çalışdırıcısı Bakıda jurnalistlərlə görüşəcək. 62 yaşlı holland mütəxəssis sabah – oktyabrın 13-də, Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək Rusiya yığmasının hazırlıqlarından əvvəl mətbuat nümayəndələrinin önünə çıxacaq. Hiddinkin mətbuat konfransı 18:30-da başlayacaq məşqdən yarım saat əvvəl keçiriləcək.