Emin Quliyev və Elmar Baxşıyevin “davamçısı” “Qarabağ”da
12.10.2009 - 13:05
Emin Quliyev və Elmar Baxşıyevin “davamçısı” “Qarabağ”da
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının 8 illik uğursuz seriyası Avropa çempionatının Avstriya ilə oyununda da qırılmayıb. Apasport.az saytının məlumatına görə, komandamızın 1:2 hesabı ilə uduzaraq qələbəsiz oyunlar seriyasını davam etdirməsində başqa bir ənənənin rolu olub.

Belə ki, oyunun 87-ci dəqiqəsində rəqibini vuraraq, yığmamızı pis vəziyyətdə qoyan Osman Umarovun meydandan qovulacağı gözlənilən idi. Düzdür, “Qarabağ”ın rusiyalı qapıçısının penalti qazanmaqla, 1:0 hesabı ilə öndə olan milli komandanın qələbə ümidini “dəfn” edəcəyi çoxları üçün inandırıcı deyildi. Lakin matçın baş hakimi olan israilli Meyr Levinin ənənəsi...

Bu hakim indiyədək iki dəfə Azərbaycan komandalarının oyunlarına təyinat alıb. 2007/08 mövsümündə Bakıda keçirilən “Xəzər-Lənkəran” - “Dinamo” (Zaqreb, Xorvatiya) qarşılaşmasında, o, Emin Quliyevi meydandan qovmuşu. Ötən ilin yayında yenə lənkəranlıların Polşada yerli “Lex”lə matçında Elmar Baxşıyevə qırmızı vərəqə göstərmişdi. Hər dəfə bizimkiləri meydandan qovan Leviyə məxsus seriya bu dəfə qırılmağa yaxın idi. Lakin həm bu, həm də komandamızın qələbəsi oyunlar seriyasının qırılmasına Osman imkan vermədi.

Milliləşən dağıstanlının hərəkəti Avstriya yığmasına həm qələbə, həm də liderlik bəxş etdi. Andreas Hertsoqun yetirmələri Şotlandiyanın Belarusu 1:0 hesabı ilə məğlub etməsi sayəsində ilk pilləyə yüksəlib. Lakin qrupumuzun oktyabrın 14-də keçiriləcək matçında Albaniya ilə üz-üzə gələcək belaruslular evdəki qələbə sayəsində yenidən zirvəyə qayıda bilər.

1

Avstriya

4

3

0

1

7-4

9

2

Şotlandiya

4

3

0

1

7-3

9

3

Belarus

3

2

0

1

5-4

6

4

Albaniya

4

1

0

3

4-9

3

5

Azərbaycan

3

0

0

3

3-6

0