Arılar hansı milli komandanı dünya çempionatına çıxartdı? - FOTO
12.10.2009 - 14:01
Arılar hansı milli komandanı dünya çempionatına çıxartdı? - FOTO
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Meksika – Salvador oyunu arıların hücumuna görə yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, görüşün 3-cü dəqiqəsində arı dəstəsi Salvadorun qapısına tərəf düşüb və stadionun işçilərinə onları qaçırtmaq üçün altı dəqiqə lazım gəlib. Özü də bu zaman yanğın söndürən vasitədən istifadə olunub.

Qeyd edək ki, Meksikanın paytaxtı Mexikoda məşhur “Atsteka” stadionunda keçirilən oyun meydan sahiblərinin böyük hesablı qələbəsi (4:1) ilə nəticələnib. Bununla da meksikalılar 2010-cu il dünya çempionatının seçmə mərhələsinə vəsiqə qazanıb. Onların mübarizə apardığı Şimali Amerika zonasında digər vəsiqəni ABŞ yığması əldə edib. Sonuncu vəsiqə uğrunda Kosta-Rika və “Xəzər-Lənkəran”ın hücumçusu Allan Lalinin də üzvü olduğu Honduras yığması mübarizə aparır.