Vadutsda Azərbaycan üçün antirekord
12.10.2009 - 14:05
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Lixtenşteyn – Azərbaycan matçında milli komandamızın antirekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Vadutsun “Reynpark” stadionundakı qarşılaşmanı cəmi 1653 nəfər izləməsi yığmanın səfərdə keçirdiyi seçmə oyunlarında ən aşağı göstəricidir.
1994-cü ildən Avropa və dünya birinciliklərinin seçmə mərhələlərinə qatılan komandamızın bu müddətdə keçirdiyi 79 görüşdən yalnız 3-də daha az tamaşaçı qeydə alınmışdı. Həmin oyunların da hər üçü millimizin meydanına təsadüf edib. Daha doğrusu yığmamızın rəqiblərini qəbul etdiyi Türkiyənin Trabzon şəhərində seyrçi qıtlığı qeydə alınıb. Komandamızın Rumıniya ilə (26.04.1995) matçında 1000, Slovakiya (16.08.1995) və Polşayla (15.11.1995) qarşılaşmalarını isə 1500 nəfər seyr edib.
Qeyd edək ki, 2006-cı il sentyabrın 2-də Serbiya ilə səfərdə keçirilən matç cəza səbəbindən azarkeşlərsiz keçirilib.

0
0