Türkiyədə erməniləri gül-çiçəklə qarşıladılar
12.10.2009 - 14:10
Türkiyədə erməniləri gül-çiçəklə qarşıladılar
Ermənistanın futbol üzrə yığma komandası Türkiyənin Bursa şəhərinə gedib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyasının rəsmiləri erməniləri hava limanında gül-çiçəklə qarşılayıblar.

Qeyd edək ki, oyun oktyabrın 14-də keçiriləcək. 2008-ci il sentyabrın 6-da keçirilən ilk oyunda Türkiyə rəqib meydanında 0:2 hesabı ilə qələbə qazanıb. O zaman Türkiyə prezidenti Abdulla Gül oyuna baxmaq üçün İrəvana getmişdi. Ermənistan prezidenti Serj Sarkisyan da Türkiyəyə gedərək oyunu izləməsinə heç bir problem olmadığını bəyan edib.