Vaqif Sadıqovun ürəyindəki tikan çıxdı
12.10.2009 - 14:47
“Hesab edirəm ki, milli komandamızın Lixtenşteynlə səfərdə qazandığı qələbə tarixidir. Biz bunu çoxdan gözləyirdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.
11 il öncə Lixtenşteynlə elə Vadutsdakı “Reynpark” stadionunda keçirilən oyunda üzücü məğlubiyyət (1:2) alan mütəxəssis bu qələbəni çoxdan arzulayırmış: “Bizim həmin vaxtdan Lixtenşteynə borcumuz qalmışdı. Onların borcunu lazımınca qaytara bildik. Axır ki, ürəyimizdə qalan tikanı çıxartdıq”.
Son 5 ayda milli komandada məşqçi vəzifəsində çalışan Sadıqov almaniyalı çalışdırıcı Berti Foqtsa köməkliyini göstərib. 2 həftə öncə Bakının “Neftçi” klubunun baş məşqçisi təyin olunduqdan sonra yığmadan kənarda qalan 50 yaşlı mütəxəssis hər halda, Foqtsun xahişini yerinə yetirib. Moskvaya səfərinin çox yaxşı keçdiyini deyən Sadıqov cari seçmə mərhələdə son rəqibimiz olan Rusiya yığmasının Almaniya ilə oyununu “Lujniki” stadionundan izləyib: “Əvvəlki oyunlarda olduğu kimi, bu görüşün də peşəkarcasına təhlilini aparıb, lazım olan məlumatları Foqtsa təqdim etdim. Rusiya yığmasının cari seçmə mərhələdə keçirdiyi görüşdə fərqli taktikalarla oynaması da təhlil edildi, lazım olan məsələlər araşdırıldı. Fikrimcə, Almaniya yığması Rusiya ilə oyunda öz səviyyəsini göstərdi. Təsadüfən deməyiblər ki, hamı futbol oynayır, amma lazım olan nəticəni almanlar əldə edirlər. Düzdür, ruslar bu mühüm görüşdə uduzsalar da, yaxşı təsir bağışladılar. Amma “alman maşını” öz sözünü dedi və bundestim sırf nəticəyə oynayıb, dünya çempionatına birbaşa vəsiqə qazandı”.
Almanlara məğlubiyyət rusları dünya çempionatının pley-off oyunlarına çıxmaq faktı qarşısında qoydu. Bununla, şimal qonşularımız üçün oktyabrın 14-də Bakıdakı görüşün nəticəsi əhəmiyyət daşımayacaq. Ancaq Sadıqov həmin görüşün formal xarakter daşıması ilə razılaşmır: “Futbolda formal oyunlar olmur. Rusiya yığmasının öz imici var və onlar Bakıda bunu qoruyub saxlamağa çalışacaq. Rəqibimiz dünya çempionatına qrup qalibi kimi çıxa bilməsə də, yığmamızla səfər görüşündə nüfuzu üçün oynayacaq. Milli komandamız isə tarixində ən yaxşı nəticə qazanmaq, seçmə mərhələni yaxşı nəticə ilə başa vurmaq üçün imkan əldə edib. Yığmamızda son vaxtlar görülən işin bəhrəsini görürük”.

0
0