“Neftçi”nin baş məşqçisi ruslarla bir təyyarədə
12.10.2009 - 15:00
“Neftçi”nin baş məşqçisi ruslarla bir təyyarədə
Rusiya milli komandasının azarkeşləri Bakıya “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqovla birgə gəliblər. Bu haqda apasport.az saytına Sadıqovun özü məlumat verib.

O, ötən şənbə Rusiya yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya ilə görüşünü (0:1) izləmək üçün Moskvaya səfər etmişdi. Artıq vətənə dönən məşqçi rus azarkeşlərlə yol yoldaşı olub: “Rusiya yığması milli komandamızla oyunda azarkeş dəstəyi altında oynayacaq. Onların azarkeşlərinin artıq dünəndən Bakıya gəlməsi oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda görüşün onlar üçün önəmli olduğunu göstərir. Onların bir qismi Bakıya qayıtdığımız zamanı mənimlə bir təyyarə idilər. Saylarını dəqiq deyə bilmərəm, təxminən 20-25 nəfər olardılar. Hər halda, rusların milli komandamızla səfər oyununda bundan çox azarkeş dəstəyinə malik olacağı gözlənilir”.

Qeyd edək ki, milli komandamızda məşqçi işini başa vuran Sadıqov almaniyalı çalışdırıcı Berti Foqtsun xahişi ilə Moskvaya yollanıb, izlədiyi son rəqibimiz Rusiya yığmasının oyununu təhlil edib, lazım olan məlumatları alman həmkarına təqdim edib.