Hacıyev: ...Azərbaycan yığması Rusiyaya qol vurmayacaq
12.10.2009 - 15:37
“Rusiya yığmasını cari seçmə mərhələdə son görüş kimi Azərbaycan milli komandası ilə Bakıda sınaq gözləyir. Milli komandamız bu səfər matçında favoritdir və rəqibi üzərində üstünlüyə malikdir. Ancaq bizim üçün heç bir əhəmiyyət kəsb etməyən bu görüşün nəticəsinə bir sıra amillər təsir göstərəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri tanınmış rus mütəxəssis Hacı Hacıyev deyib.
Əslən Dağıstandan olan, Rusiyada bir sıra klubları çalışdırmış 64 yaşlı məşqçi milli komandamızla oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş öncəsi fikirlərini bildirib. Onun sözlərinə görə, ruslar bir sıra komponentlərdə bizdən üstündürlər: “Azərbaycan – Rusiya oyununun nəticəsinə futbolçuların, komandanın ümumi ustalıq səviyyəsi, məşqlərin səviyyəsi təsir göstərəcək. Sözsüz ki, Rusiya yığması bu komponentlərin hamısında rəqibini üstələyir. Ancaq digər kənar amillər də var ki, buna hakimlik, yaxud oyunun keçirildiyi yer aiddir. Rəqib meydanında oynamaq həmişə narahatçılıq yaradır. Rusiya yığmasının Almaniya ilə görüşdə göstərdiyi yüksək hazırlıq səviyyəsi Azərbaycanla görüşdə müsbət nəticəyə ümid edir”.
Hacıyev Rusiya yığmasının kapitanı Andrey Arşavinin Bakıya səfərinin onlar üçün turistik xarakter daşımasına da münasibətini bildirib: “Bunu eynən qəbul etmək lazım deyil. Üstəlik, futbolçular yığmada, Rusiya bayrağının altında çıxış edəndə. Əlbəttə, təəssüf ki, bizim yığma Azərbaycana qrupda 2-ci yeri tutan, pley-off oyunlarında iştirak etməli olan statusda gedir. Fikrimcə, Hiddink Bakıda oyunda meydana eksperimental heyət çıxaracaq. Ancaq bu, o halda mümkündür ki, Hiddink həmin görüşdə hansısa suallara cavab axtarsın. O, noyabrda pley-off oyunlarında hansı futbolçulara bel bağlayacağını yoxlaya, kimlərin əsas heyətdə oynamağa layiq olduğuna baxa bilər”.
Təcrübəli mütəxəssisin fikrincə, Rusiya yığmasının Bakıdakı oyunda müdafiə və yarımmüdafiə xəttində dəyişikliklər gözlənilmir: “Ola bilsin ki, hücumda hansısa yeniliklər olsun, Aleksandr Buxarov meydana çıxa bilər. Yeni futbolçuları o halda heyətə qoymaq olar ki, futbolçuların imkanları yoxlanılsın, əsas heyət üzvləri yüklənilməsin. Axı onların bəzilərini Çempionlar Liqasında oyunlar gözləyir. Ötən görüşdə iştirak etməyən futbolçuların psixoloji motivasiyasını yüksəltmək üçün da onları heyətə qoymaq olar. Azərbaycanlılar az qol vurur. Cari seçmə mərhələdə üç dəfə rəqib qapısına yol tapıblar. Buna görə də hesab edirəm ki, Rusiya yığması hansısa kobud səhv buraxmasa, onlar bizə də qol vurmayacaq. Əgər komandamız səliqəli, mütəşəkkil oynamasa, nəticəyə istənilən təsadüf təsir göstərə bilər”.

0
0