Azərbaycan – Rusiya oyununa 2 manat 71 qəpiklik biletlər
12.10.2009 - 15:50
Azərbaycan – Rusiya oyununa 2 manat 71 qəpiklik biletlər
Rusiya Futbol İttifaqı (RFİ) milli komandalarının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oktyabrın 14-də Bakıda keçirəcəyi oyuna bilet proqramını açıqlayıb. Apasport.az saytının məlumatına görə, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq görüşə biletlərin qiyməti 100 rubldur. Bu, hazırkı kursla 2 manat 71 qəpikdir. Biletləri RFİ-nin bilet satışı üzrə rəsmi tərəfdaşı olan “Çempionlar Liqası” şirkətindən almaq olar. AFFA reqlamentə görə rəqib azarkeşlərinə stadionun tutumunun 5 faizi qədər, yəni 1500 bilet ayırıb. Rusiyalı azarkeşlər 26, 27 və 28-ci sektorlarda yerləşəcək.