“Məktəblərdə futbol dərsi “ layihəsinin açılışı oldu
12.10.2009 - 16:15
“Məktəblərdə futbol dərsi “ layihəsinin açılışı oldu
Bu gün AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində “Məktəblərdə futbol dərsi” layihəsinin açılış mərasimi keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dövlət başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq gerçəkləşən layihə ilə bağlı tədbir Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə təşkil olunub.

Tədbirdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və 239 saylı məktəbin direktoru Sədaqət Əzimova çıxış ediblər. Onlar uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması baxımından bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qeyd edək ki, 239 saylı orta məktəbdən başqa, 240 və 269 saylı məktəblərdə də futbol dərsləri pilot layihəsi kimi tədris olunacaq və bu dərslər AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən keçiriləcək.