8 illik həsrət və ya Foqtsun sələflərindən fərqi – ARAŞDIRMA
12.10.2009 - 17:25
Azərbaycan milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn üzərində qazandığı qələbə (2:0) ilə 8 illik həsrətə son qoydu. Apasport.az saytının hesablamalarına görə, yığmamız dünya çempionatının seçmə mərhələsində sonuncu 3 xalını 2001-ci ilin iyunun 6-da qazanmışdı. Həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiyanı məğlub (2:0) edən komandamız bu dəfə Vadutsda həmin nəticəyə nail olub.
Futbolçularımızın növbəti rəsmi qələbəsi üçün iki il yarım gözləməli olduq. Bunadək olan qələbə isə 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya ilə 2007-ci il martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə (1:0) Emin İmaməliyevin vurduğu yeganə qolla reallaşmışdı. Ümumilikdə, bu, milli komandamızın 17 illik tarixində 26-cı qələbəsi oldu ki, bunların cəmi 6-sı rəsmi görüşlərdə əldə edilib. Onların yarısı dünya, yarısı Avropa çempionatının seçmə mərhələ oyunlarında qazanılıb. Milli komandanın ilk rəsmi qələbəsi də dünya çempionatının seçmə mərhələsinə təsadüf edir. Bu, 1996-cı il avqustun 31-də İsveçrə yığması ilə Bakıdakı oyunda (1:0) Vidadi Rzayevin vurduğu qolla qazanılan tarixi qələbədir.
Yığmamızın Lixtenşteyn üzərində qələbəsi başqa maraqlı məqamlarla da yadda qaldı. Təbii ki, bu, 15 ildir seçmə mərhələ oyunlarında iştirak edən milli komandamızın səfərdə qazandığı ilk qələbə kimi tarixə düşdü. Buna qədər rəsmi görüşlərdə rəqib meydanında ən yaxşı halda, iki dəfə heç-heçəyə (2003-cü ilin fevralın 12-də Serbiya ilə 2:2, 2007-ci ilin iyunun 6-da Qazaxıstanla 1:1) nail olmuşduq. Milli komandamız Vadutsdakı qalibiyyətlə səfərdə rəsmi oyunda 23 aydan sonra qol vurdu. Həmin 693 günlük həsrətə son qoyan “Qarabağ” klubunun hücumçusu Vaqif Cavadov oldu.
Bununla da əsas yığmada üçüncü qolunu vuran 20 yaşlı futbolçu rəsmi görüşlərdə siftə etdi. Lixtenşteynə ikinci qolu vuran Elvin Məmmədov da “Qarabağ”ın üzvüdür və onun da milli komandada hesabında üç qol var. Ancaq fərq ondadır ki, 21 yaşlı Elvin Vaqiflə müqayisədə rəsmi oyunlarda artıq ikinci qolunu vurur. Bunların hər ikisi cari seçmə mərhələdə olub. Yığmamız buna qədər sonuncu dəfə səfərdə 2007-ci ilin noyabrın 17-də Helsinkidə 1:2 hesabı ilə uduzduğu görüşdə Mahmud Qurbanovun sayəsində rəqib qapısına yol tapmışdı.
Vadutsdakı qələbədə böyük əməyi olan milli komandamızın baş məşqçisi Berti Foqts da tarixə düşdü. Ən azı ona görə ki, yığmamızı çalışdıran həmkarları arasında rəsmi oyunlarda səfərdə ilk qələbə qazanan məşqçi oldu. 63 yaşlı alman mütəxəssis əsas yığmamızı çalışdıran əcnəbilər arasında ilk qələbə qazanmaqla da tarixə düşdü. Yəni, nə braziliyalı Karlos Alberto Torres, nə də makedoniyalı Qyoko Hacıyevski milli komandamızın sükanı arxasında rəsmi oyunda qələbə gördü.
Foqtsun rəhbərlik etdiyi komandamızın bu qələbəsi ilə 10 illik fasilədən sonra qrup sonuncusu olmayacağımız demək olar müəyyənləşib. Hər halda, Lixtenşteynin sonuncu turda evdə bizdən güclü olan Uelsi yenəcəyi inandırıcı görünmür. “Cırtdan ölkə”nin təmsilçisi yığmamızla xalları eyni olacağı halda da, cari seçmə mərhələni sonuncu yerdə bitirəcək. Çünki bu halda, şəxsi oyunlardan əvvəl topların fərqi əsas götürülür və Lixtenşteyn bu göstəricidə də bizdən geri qalır.

0
0