Cənubun lideri: "Xəzər-92" - FOTO
12.10.2009 - 17:42
Cənubun lideri: "Xəzər-92" - FOTO
“Pal-Süd” MMC-nin baş sponsorluğu və Cənub Regional Futbol Federasiyasının (RFF) təşkilatçılığı ilə 1996/1997-ci il təvəllüdlü yeniyetmə futbolçular arasında təşkil olunan III “Cənub Mirvarisi -2009” çempionatının final mərhələsinə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Cəlilabad şəhər mərkəzi stadionunda keçirilən final mərhələsinin son turunda yarışın qalibi və mükafatçıları müəyyənləşib.

Birinci yeri cənub zonasının ayrı-ayrı rayonlarından seçilmiş, rəqiblərindən 1 yaş kiçik olan "Xəzər-92" (U-12) yığması tutub. Sonrakı pillələrdə ardıcıllıqla, Cəlilabad UGİM-in komandası, "Masallı-Bələdiyyəsi" və Neftçala UGİM qərarlaşıb. Çempionatın təntənəli mükafatlandırma mərasiminin yaxın günlərdə keçirilməsi nəzərdə tutulub.

Yer

Komanda

O

Q

H

M

T

X

I

"Xəzər-92" (U-12)

3

2

1

0

6-2

7

II

“Cəlilabad-UGİM”

3

2

0

1

3-2

6

III

"Masallı-Bələdiyyəsi"

3

1

0

2

4-5

3

IV

"Neftçala-UGİM"

3

0

1

3

1-5

1