Rusiya yığmasının üç futbolçusu Bakıya xəstə gəlir
12.10.2009 - 17:53
Rusiya milli komandası 2010-cu il dünya çempionatına seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə Bakıdakı görüşə tam heyətlə məşq etmir. Apasport.az saytının məlumatına görə, rusların bugünkü məşqində hücumçular – Roman Pavlyuçenko (“Tottenhem”, İngiltərə), Pavel Poqrebnyak (“Ştutqart”, Almaniya), habelə müdafiəçi Vasili Berezutski (MOİK) iştirak etməyib. Onlar soyuqladığı üçün hazırlıq prosesindən kənarda qalıblar və Bakıya xəstə halda gələcəklər.
Moskvadakı hazırlığı başa vuran ruslar sabah Bakı vaxtı ilə saat 12:00-da ölkəmizə üz tutacaqlar. Onların milli komandamıza son məşqi elə həmin gün saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bundan yarım saat əvvəl Rusiya yığmasının baş məşqçisi Qus Hiddink mərkəzi arenamızda mətbuat konfransı keçirəcək.

0
0