Berti Foqtsa Avropadan dəstək
12.10.2009 - 18:08
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsa Avropadan dəstək gəlib. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis oktyabrın 10-da dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Vadustda Lixtenşteynə qarşı görüşdə alqışlara layiq görülüb.
Foqtsu dəstəkləyənlər isə Lixtenşteynə qonşu dövlətlərdən - İsveçrə, Avstriya, Almaniya və başqa ölkələrdən “Reynpark” stadionuna təşrif buyurmuş soydaşlarımız olublar. Onlar almaniyalı məşqçinin şərəfinə əllərində “BERTİ” sözü yazılmış şüar tutublar. Heç yığmamızın baş məşqçisi də onlara borclu qalmayıb. Onun rəhbərlik etdiyi milli komandamız 2:0 hesablı qələbə qazanmaqla, soydaşlarımızı sevindirib.

0
0