“Fikirləşirdim ki, Azərbaycanla oyuna çağırılmağım yuxudur, ya yox”
13.10.2009 - 16:00
“Fikirləşirdim ki, Azərbaycanla oyuna çağırılmağım yuxudur, ya yox”
“Rusiya yığmasının heyətində Azərbaycanla oyuna çağırılmağım gözlənilməz oldu. Çıxış etdiyim “Lokomotiv”in heyətində “Spartak”la oyuna hazırlığa başladıqdan sonra Azərbaycan yığması ilə görüşə köklənməkdə qorxulu heç nə yoxdur. Qoy belə macəralar daha çox olsun”. Apasport.az saytının məlumatına görə, bu fikirləri 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə rəsmi oyuna dəvət alan Rusiya yığmasının debütantı Oleq Kuzmin deyib.

Hər şeyin gözlənilməz baş verdiyini deyən müdafiəçi baş məşqçi Qus Hiddinkdən gələn ilk dəvətə görə çox şaddır: “Məşqdən evə qayırdım. Bu zaman mənə zəng edən Borodyuk yığma komandaya çağırıldığımı dedi. İlk olaraq, hər şey qulaq ardına getdi. Fikirləşirdim ki, bu, yuxudur, ya yox. Həddən artıq gözlənilməz oldu”.

Kuzmin bildirib ki, ona yığmamızla sabahkı oyun haqda hələ heç nə deyilməyib: “Bəli, Bakıdakı görüş turnir cədvəli baxımından heç bir şeyi həll etmir. Əvəzində perspektivdə futbolçulara baxmaq olar. Aldığım dəvət münasibətilə məni əsasən jurnalistlər zəng edib təbrik edirlər”.
0