Türkiyə - Ermənistan matçında bayrağımıza qoyulan qadağa ləğv edildi
13.10.2009 - 16:20
Türkiyə - Ermənistan matçında bayrağımıza qoyulan qadağa ləğv edildi
Sabah Bursada keçiriləcək Türkiyə-Ermənistan futbol matçına azarkeşlərin Azərbaycan bayrağı gətirməsinə qoyulan qadağa ləğv edilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Bursa valisi Şahabettin Harput azarkeşlərin stadiona Azərbaycan bayrağı gətirə biləcəyini deyib. Vali qərarın nə üçün qəfildən dəyişdirildiyinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, bu gün iki Konya sakini oyuna Azərbaycan bayrağı gətirilməsinə qoyulan qadağanın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.
0