Azərbaycan çempionunun UEFA kubokunun elit raundunda rəqibləri bilindi
13.10.2009 - 16:36
Azərbaycan çempionunun UEFA kubokunun elit raundunda rəqibləri bilindi
Futzal üzrə UEFA kubokunun elit raundunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimindən sonra Naxçıvanın “Araz” klubunun rəqibləri məlum olub.

D qrupunda mübarizə aparacaq təmsilçimiz Qazaxıstanın “Kayrat”, Latviyanın “Nikars” və Yunanıstanın “Afina-90” klubları ilə mübarizə aparacaq. “Araz”ın Bakıda keçirəcəyi mini turnirin oyunları noyabrın 14-22-də keçiriləcək.

Qeyd edək ki, “Dördlər finalı”na yalnız qrup qalibləri vəsiqə qazanacaq.
0